Oteldə qadını öldürən şəxs onun maşını ilə qaçıb - TƏFƏRRÜAT
Tarix: 18-01-2016 | Saat: 14:23
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Onlar gecəni bir yerdə keçiriblər.
Qubada istirahət mərkəzində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Aia.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gediblər.
Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb.
Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.
Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024