AvroLiqanın finalında tribunada boş yerlər niyə qaldı? - AFFA aydınlıq gətirdi
Tarix: 30-05-2019 | Saat: 13:20
Bölmə:İdman | çapa göndər
Dünən paytaxtımız mötəbər yarışa ev sahibliyi etdi. Söhbət təbii ki, Avropa Liqasının final görüşündən gedir. Final oyununda tribunadakı təxminən 10000 yer boş görünürdü.
Bəs oyunöncəsi bütün biletlər satılmamışdımı?
Modern.az saytı bu məsələni aydınlaşdırmaq üçün AFFA-nın mətbuat katibi Firuz Abdullaya müraciət edib.
AFFA rəsmisi biletlərin fərqli azarkeşlər tərəfindən əvvəlcədən onlayn alındığını səbəb göstərib:
“Biz əvvədən bununla bağlı açıqlama vermişdik. Mart ayında 21000-dən artıq bileti UEFA onlayn şəkildə satmışdı. Yəni bunlar fiziki olaraq Bakıda satılan biletlər deyil. Burda belə bir amil var, mart ayında bilinmirdi ki, kimlər fanala yüksələcək. Ola bilər ki, finala yüksəlmə ehtimalı olan komandaların azarkeşləri həmin biletləri alıblar. Onlar hesab edirdilər ki, komandaları finala çıxacaq, buna görə də yerlərini sğortalamaq üçün qabaqcadan onlayn bilet alıblar. Sonrada həmin azarkeşlərin komandaları finala yüksəlmədiyinə görə onlar da final oyunua gəlməkdən imtina ediblər. Buna görə də tribunada müəyyən boşluqlar yaranıb. Bu, təkcə bizdə yox, əksər finallarda belə hallar olub”.
Bilet gəliri haqda da danışan mətbuat katibi belə deyib:
“Bilet satışını təşkil edən UEFA-dır. Bizim ordan qazancımız yoxdur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu