Mobil versiya
Ramazan bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
Tarix: 30-05-2019 | Saat: 13:10
Bölmə:Ölkə | çapa göndər

Ramazan bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub


Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar, rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən aia.az-a verilən məlumata görə, qurumun Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024