Mobil versiya
Bakı əhalisi 4 ayda 6357,1 milyon xərcləyib
Tarix: 30-05-2019 | Saat: 09:51
Bölmə:Ölkə | çapa göndər

Bakı əhalisi 4 ayda 6357,1 milyon xərcləyib


2019-cu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,3 faiz artaraq 6357,1 milyon manat olub.

Bu barədə Bakı Statistika İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2812,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 3545,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024