Mobil versiya
Texnologiyadan istifadə et, asılı olma! - FOTOLAR
Tarix: 29-05-2019 | Saat: 18:23
Bölmə:Ölkə | çapa göndər

Texnologiyadan istifadə et, asılı olma!



Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin təşkilatçılığı ilə "Uşaqların internet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrasına start verilibdir. Layihə çərçivəsində növbəti tədbir 29 may 2019 tarixində Bakı şəhərinin 5 və Abşeron rayonunun isə 149 saylı orta məktəbində həyata keçirilibdir.



aia.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən "Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər ictimai birliyinin əməkdaşı İsmət Əmirahov layihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etti ki, internetin və texnologiyanın insan həyatına gətirdiyi saysız-hesabsız faydaları var. Lakin hər kəs texnologiyadan düzgün istifadə edə bilmir. Dünya üzərində aparılan araşdırmalar göstərir ki, 6-15 yaş arasındakı uşaqların 79,5 %-i internetdən oyun oynamaq və əylənmək məqsədi ilə istifadə edir. Bu isə onların internet aludəçiliyi deyilən sindromla üzləşdiklərindən xəbər verir.



Təlimçi Şəbnəm Əliyeva çıxış edərək aludəçiliyin fəsadları, internet və texnologiya aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri, informasıya texnologiyalarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdən şüurlu istifadənin yolları, informasıya texnalogiyalarından və internetdən istifadə zamanı vaxtın düzgün idarə olunması və internetdən milli dəyərlərimizin düzgün təbliğat vasitəsi kimi istifadə olunması mövzularında iştirakçılara ətraflı məlumat verib.



Tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış "Texnologiyadan ehtiyacın qədər istifadə et” kitapçası, buklet, qələm və bloknot hədiyyə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024