Nazirlik 90 nəfəri istirahət mərkəzinə göndərdi
Tarix: 29-05-2019 | Saat: 16:41
Bölmə:Ölkə | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.
aia.az xəbər verir ki, həmin əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əlilliyi olan şəxslərin istirahətinin təşkili nazirliyin “2019-cu il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
Bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub. Bu ayın ortalarından başlayaraq onlardan artıq 180 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024
17-11-2024
16-11-2024