Mobil versiya
Ölkədəki faktiki hava şəraiti açıqlandı
Tarix: 27-05-2019 | Saat: 12:21
Bölmə:Ölkə | çapa göndər

Ölkədəki faktiki hava şəraiti açıqlandı


Milli Hidrometeorologiya Departamentinin aia.az-a verdiyi məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olub, ayrı-ayrı yerlərdə dolu düşüb, güclü qərb küləyi əsib.



Bölgələr üzrə ən çox düşən yağıntının miqdarı



Düşən yağıntının miqdarı Böyük Qafqazda: Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda1 mm-dək;

Qazax-Gəncə zonasında: Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 mm;

Mərkəzi-Aran rayonlarında: Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 mm-dək;

Kiçik Qafqazda: Toğana Çaykənd HMM-da 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 mm;

Lənkəran-Astara zonasında: Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 mm;

Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 mm;

Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 mm-dək qeydə alınıb.



Dolu: Mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11 mm, saat 22:17-22:34 radələrində Şəki rayonu Kiş kəndində 10-12 mm, Samux rayonunda saat 19:55-19:58 radələrində 13 mm, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11 mm, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13 mm, Ağstafa rayonun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 mm olan dolu düşüb.



Külək: Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə