Mobil versiya
“15 yaşlarında olan qızların hamilə xəbəri yalandır!” - DİN TƏKZİB ETDİ
Tarix: 24-05-2019 | Saat: 12:51
Bölmə:Karusel / Ölkə | çapa göndər

“15 yaşlarında olan qızların hamilə xəbəri yalandır!”


Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayonunda 4 nəfər azyaşlının hamiləliklə bağlı xəstəxanaya müraciət etməsi xəbərini reytinq üçün yazılan ucuz şou adlandırıb.

Bakupost xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirb ki, dəqiqləşdirilmədən yazılan məlumatlar "KİV haqqında” qanunaziddir:

"Bir gündə bir neçə hamilə xanımın xəstəxanaya müraciət etməsi qeyri-adi hal deyil. Qeyri-adi hal qanunvericiliyi kobud şəkildə pozan, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yerə süni ajiotaj yaratmaq məqsədilə təxribat xarakterli dezinformasiya yaymaqlarıdır. Hansı ki, bu cür hərəkətlərlə jurnaslitikanı da gözdən salırlar”.


DİN rəsmisi belə bir halın yaşanmadığını, yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:


"Yetkinlik yaşına çatmış, ailəli, rəsmi nikahda olan şəxslərin doğum şöbəsinə müraciət etməsini təhrif edərək, kobud şəkildə ucuz şouya çevirmək heç bir etik çərçivəyə sığmır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024