Mobil versiya
Tovuz – meliorativ tədbirlər vaxtında və yüksək səviyyədə həyata keçirilir
Tarix: 23-05-2019 | Saat: 15:45
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Tovuz –




Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün Elxan Əsgərovun rəhbərlik etdiyi Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, hazırda Tovuz rayonunda 24 min hektara yaxın suvarılan əkin sahəsi mövcuddur.

Su ehtiyatlarının idarə olunması peşəkarların nəzarəti altındadır

Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadənin rəhbərliyi altında qurumun son 14 ildə göstərdiyi fəaliyyəti həqiqətən də iri miqyasları ilə diqqəti cəlb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.



Tovuzda kənd təsərrüfatının müxtəlif sahələrində yüksək göstəricilər təmin edilib

Bu və ya digər bölgədə suvarma işlərini həyata keçirən hər hansı müəssisənin fəaliyyətini qiymətləndirmək üçün, ilk növbədə əlbəttə ki, həmin rayonda kənd təsərrüfatı üzrə mövcud göstəricilərə nəzər salmaq lazımdır. O cümlədən Tovuz rayonu üzrə ötən il 190 milyon 784 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 10 min 773 ton çoxdur. 2018-ci ildə rayonda 341 min 968 ton kənd təsərrüfatı məhsulları, o cümlədən, 65 min 798 ton dənli bitkilər istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,1 faiz ataraq 32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 32,4 sentner olmuşdur. 1279 hektar sahədə tərəvəz əkilmiş, sahələrdən 26 min 297 ton məhsul götürülmüşdür. O cümlədən, 9906 ton yerkökü istehsal olunmuş və rayonun fermerləri bundan 3 milyon 500 min manat gəlir əldə etmislər. İqtisadi səmərəliliyi ilə yanaşı əmək tutumlu sahə kimi üzümçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Son illər fermerlərin bu sahəyə marağı artmışdır. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır. Bu il rayonda 12 min 96 ton məhsul istehsal olunmuşdur. Ötən illə müqayisədə məhsuldarlıq 35 sentner artaraq 202 sentner olmuşdur. Ötən il 5 hektar sahədə yeni üzüm bağları salınmışdır. Müvafiq Dövlət proqramına uyğun olaraq bu sahədə lazımi işlər aparılır. Həmçinin keçən il Tovuz rayonunda meyvə bağlarının ümumi sahəsi 1324 hektara çatdırılmış, 17 min 662 ton məhsul götürülmüşdür. Bu əvvəlki ildəkindən 1652 ton çoxdur. Rayonda meyvə bağlarının əksəriyyəti ənənəvi üsulla salınmış bağlardır. Son dövrlər Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, Qovlar şəhəri ərazisində müasir bağçılıq təsərrüfatlarının yaradılmasına başlanmışdır. Ötən il 12 hektar sahədə yeni müasir bağlar salınmışdır.




Diqqət edirsinizsə, sadalanan bu sahələrin hər birində yüksək nəticələrin əldə olunması, həm də aqrotexniki işlərin düzgün qurulmasından çox asılıdır. Məhz elə bu məqamda da Elxan Əsgərovun rəhbərlik etdiyi Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti diqqətləri özünə cəlb etmiş olur.

Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti yüksək qiymətləndirilir

Qeyd etmək yerinə düşər ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan Konfransda cənab Prezident ölkədə aparılan geniş miqyaslı meliorativ tədbirlərdən danışarkən son illərdə dörd böyük su anbarının tikildiyini bildirmiş, bu sırada Tovuzçay su anbarının da adını çəkmiş, fermerlərin ölkədə aparılan meliorativ tədbirlərin səmərəsini hiss etdiklərinə əminliyini bildirmişdir. Dövlət başçısının tovuzlulara bu töhfəsi, eləcə də hər il çoxlu sayda subartezian quyularının qazılması ilə bağlı verdiyi Sərəncamlar rayon əhalisi tərəfindən çox böyük rəğbətlə qarşılanır. Ötən il Tovuzçay su anbarı üzərində “Ağdağ” adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinə su verilməsi üçün ikinci pillə nasos stansiyasının quraşdırılması işləri tamamlanmış, 12 ədəd subartezian quyusu qazılmışdır.



Ümumiyyətlə rayonda son illər meliorativ tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür. Tovuzçay su anbarının istifadəyə verilməsi ilə 20 min hektar torpaq sahəsinin suvarma təminatı yaxşılaşdırılmış, 300 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bununla yanaşı 2013-cü ildən başlayaraq Prezident Sərəncamları əsasında rayonda 63 subartezian quyuları qazılıb istifadəyə verilmiş və 819 ha sahənin suvarma təminatı yaxşılaşıdırılmışdır. Cənab Prezidentin 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən bu il rayonda daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Rayonda istifadədə olan 424 ədəd subartezian quyusu var və bu, 7424 ha əkin sahəsinin suvarılmasına imkan verir. Təbii ki, bu baxımdan Elxan Əsgərovun rəhbərlik etdiyi Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, idarənin əməkdaşları tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması təmin edilir. Redaksiyamıza təqdim olunan açıqlamalarda da vurğulanır ki, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İdarə rayonda böyük ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024