Mobil versiya
BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib və polis deyil
Tarix: 21-05-2019 | Saat: 17:14
Bölmə:Karusel / Aia TV | çapa göndər

BŞPİ:


Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin polis əməkdaşı olması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, araşdırmalar zamanı K.Abbasova hücum edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanov olduğu müəyyən edilib.

Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Müəyyən edilib ki, həmin şəxs polis orqanlarında işləmir və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.

Xatırladaq ki, müğənni Kərim Abbasov sosial şəbəkədə qeyd edib ki, ailəsi ilə bağlı bağ evindən qayıdarkən küçədə tanımadığı şəxs özünü polis əməkdaşı kimi təqdim edərək ona yumruq zərbələri endirib. K.Abbasov hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə