Mobil versiya
Bakıda faciə: 1 ölü, 2 nəfərin vəziyyəti ağırdır
Tarix: 16-01-2016 | Saat: 17:47
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


FHN məlumat yaydı.

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Aia.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından boğularaq, öldüyü, digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyənləşdirilib. Əməliyyat saat 14:03-də başa çatılb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024