Mobil versiya
“Prezident məni şəxsən çağırıb, tapşırdı ki...” - Meriyada sənədsiz evlərlə bağlı xüsusi komissiya YARADILDI
Tarix: 17-05-2019 | Saat: 10:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Prezident məni şəxsən çağırıb, tapşırdı ki...” -


“Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb”.


Modern.az -ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını da vurğulayıb:

"Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

İcra başçısının sözlərinə görə, vətəndaşlardan meriyaya daxil olan müraciətlərin böyük əksəriyyəti sənədsiz evlərlə bağlıdır.

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024