Mobil versiya
Gəncənin icra başçısı hesabat verdi
Tarix: 15-05-2019 | Saat: 18:19
Bölmə:Ölkə | çapa göndər

Gəncənin icra başçısı hesabat verdi

Gəncədə 2019-cu ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr dair hesabat yığıncağı keçirilib. Yığıncaqda Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov iştirak edib.



Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısı sayəsində son illər şəhərin sosial-iqtisadi həyatında bir sıra yüksək göstəricilər əldə olunub. “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Gəncədə sənayenin inkişafına yönələn tədbirlər davam etdirilir. Bu istiqamətdə Alüminium istehsalı zavodunun yenidən qurulması və genişləndirilməsi, Gəncə Gil Torpaq zavodunun bərpası, Xalça fabrikinin tikintisi nəzərdə tutulub. Bunlarla yanaşı Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə İdman Sarayının, habelə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə 2 mərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. O həmçinin vurğulayıb ki, Gəncədə sahibkarlığın inkişafı üçün də geniş imkanlar yaradılır.



Yığıncaqda söz alan Gəncə Şəhər İcra Hakimiyyətini başçısının birinci müavini Elnur Rzayev qeyd edib ki, şəhərin Nizami Gəncəvi, Ş.İ.Xətai prospektlərində, Eminbəyli, Təbriz, Ə.Cəmil və digər küçələrində yolların təmiri işləri davam etdirilib, 12 min 411 kv.metr avtomobil yolu, 3 min 400 kv.metrdən çox səki asfaltlanıb, 2 min 700 p/metr beton bort daşları quraşdırılıb. Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəza vəziyyətində olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu, 249 mənzilli çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib. Şəhərdə olan çoxmənzilli yaşayış binalarından 148-nin dam örtükləri təmir edilib



Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında bildirib ki, hesabat dövrü ərzində şəhərdə idmanın müxtəlif növləri üzrə 19 şəhər birinciliyi və kütləvi idman tədbiri keçirilib. Bu yarışlarda 4 min 350 nəfərdən çox idmançı iştirak edib. 88 nəfər idmançımız 13 Respublika yarışlarında iştirak edib. Nəticədə 19 nəfər birinci, 18 nəfər ikinci, 15 nəfər isə üçüncü yerə layiq görülüb.



Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov çıxış edərək, bildirib ki, şəhərin tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində cari ilin əvvəlindən də müəyyən işlər görülüb. 3-cü Dövlət Proqramının icrasının davamı olaraq 200 çarpayılıq Psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların tikintisi davam etdirilir. Bu dövrdə 18 yaşdan yuxarı 215 min 209 nəfər əhalidən 53 min 378 nəfəri tibbi müayinələrə cəlb edilib.



Yığıncaqda bildirilib ki, hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzlərinə işaxtaran qismində 1 min 33 nəfəri qadın olmaqla, 3 min 695 nəfər vətəndaş müraciət edib. Ötən illər nəzərə alınmaqla işaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 1 min 496 nəfəri işlə təmin olunub.



Yekun nitq ilə çıxış edən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov.Azərbaycanın sosial-iqtisadi inkişafından, ölkə rəhbərinin imzaladığı sərəncam və fərmanlardan, qəbul olunan dövlət proqramlarından söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Bu sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əmək haqqının artırılması deməkdir. Bununla yanaşı, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2019-cu il 25 fevral tarixli Sərəncamı da əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkədə, o cümlədən Gəncədə aparılan abadlıq-quruculuq işlərinin həcmi genişləndiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024