Mobil versiya
Hicran Hüseynova: "Ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları bizi narahat edir"
Tarix: 15-05-2019 | Saat: 12:23
Bölmə:Manşet / Ölkə | çapa göndər

Hicran Hüseynova:


"Ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma kimi hallar bizi narahat edir".

ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Komitə üç istiqamətdə - sağlam ailə, təhsil və sosial problemlərin həlli yönündə çalışır: "Azərbaycanda çox gözəl ailə modeli var. Bizə dəfələrlə Britaniyadan, Fransadan, başqa ölkələrdən müraciət edirlər, ailə modelimizi öyrənmək, bu barədə məqalələr dərc etmək istəyirlər. Bu, bizim ailə modelinin nə qədər əhəmiyyətli, dəyərli olduğunu göstərir".

Hicran Hüseynova qeyd edib ki, Komitənin 11 bölgədə ailə-dəstək mərkəzləri var: "Rayonlarda dəyirmi masalar, görüşlər keçiririk. Əlbəttə ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları kimi məsələlər bizi narahat edir. Mən düşünürəm ki, bu cür problemlərin həlli üçün nümunəvi ailələr ictimaiyyətə təqdim olunmalı, ziyalılarla görüşlər təşkil edilməlidir. Görürük ki, istər cənab Prezident, istərsə də, Mehriban xanım əhali ilə görüşür, onların dərdlərini dinləyirlər. Bu, dövlətin insanlara dəstəyinin nümunəsidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024