Mobil versiya
Naxçıvanda hərbçilər arasında atış birinciliyi keçirildi
Tarix: 10-05-2019 | Saat: 11:19
Bölmə:Ölkə | çapa göndər

Naxçıvanda hərbçilər arasında atış birinciliyi keçirildi




Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024