Mobil versiya
Azərbaycanda eşşəklərə fəhlələrdən 5 dəfə çox maaş verilirmiş - SENSASİON AÇIQLAMA
Tarix: 08-05-2019 | Saat: 15:48
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda eşşəklərə fəhlələrdən 5 dəfə çox maaş verilirmiş -

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qalmaqal yaradacaq açıqlama ilə çıxış edib.

Bakupost.az-ın ONA-ya istinadən məlumatına görə, institut direktoru rəhbərlik etdiyi qurumun qarşılaşdığı problemlərlə bağlı danışarkən deyib ki, arxeoloji qazıntılar zamanı işçi qüvvəsi tapmaqda çətinlik çəkirlər: "Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur. Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır”.

M.Rəhimovanın açıqlamasından məlum olub ki, Azərbaycanda aparılan arxeoloji qazıntlar zamanı eşşəklərə insandan daha yüksək məbləğ ödənilir: "Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024