Mobil versiya
“Böyük Qələbəyə gedən mübariz yollar” adlı dəyirmi masa - FOTOLAR
Tarix: 07-05-2019 | Saat: 17:05
Bölmə:Ölkə | çapa göndər

“Böyük Qələbəyə gedən mübariz yollar” adlı dəyirmi masa


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında alman faşizmiüzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş “Böyük Qələbəyə gedən mübariz yollar” adlı dəyirmi masa.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 07 may 2019-cu il tarixdə alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş “Böyük Qələbəyə gedən mübariz yollar” adlı dəyirmi masa keçirildi.

Tədbir İkinci Dünya müharibəsi illərində həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açıb bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsinin başlanma tarixi, bu müharibənin çox böyük miqyas alaraq demək olar ki, bütün dövlətləri əhatə etməsi, törətdiyi fəsadlar haqqında geniş məlumat verdi.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi. Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.

Uluslararası Türkiyə Araşdırmalar Akademiyasının fəxri professoru, AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi, “Azərbaycan” qəzetinin şöbə müdiri Tofiq Seyidzadə İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəni neftlə təmin etməsindən, vətən övladlarının qəhrəmanlıqlarından faktlar qeyd etdi.

Yasamal rayon “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədri Bəhram Şeydayev İkinci Dünya müharibəsində Azərbaycan diviziyalarının Berlinə qədər gedən döyüş yollarından danışdı.

Yasamal rayon Polis İdarəsi Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik- leytenant Xanlar Ağayev müharibə illərində həlak olan Sovet İttifaqı Qəhrəmanlarının şücaətindən bəhs etdi.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərməsi mövzusunda çıxış etdi.

Qarabağ müharibəsi veteranı Qiyas Səfərov İkinci Dünya müharibəsində ən yaxın qohumlarının cəbhədə iştirakları, vətən uğrunda həyatlarını qurban vermələri haqqında danışdı.

Tədbir boyu İkinci Dünya müharibəsinin acı səhnələrini əks etdirən slaydlar nümayiş edildi, bu mövzuda musiqi səsləndirildi.

Tədbirdə həmçinin, Qarabağ müharibəsi veteranları Mübariz Səfərov, Zülfüqar Hüseynov, Əjdər Hacıyev, Kəmaləddin Hüseynov, Telman Məmmədov, Vəli Əliyev, Əzizağa Əhmədov, Ziyəddin Bayramov, Şahin Əliyev, şəhid atası Nadir Babayev, BDU-nun tələbələri iştirak edirdilər.

Tədbirin sonunda “Böyük qələbə-74” adlı kitab sərgisinə baxış keçirildi.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024