Mobil versiya
"47-ci xromosom" kitabı oxucuların ixtiyarına verilib
Tarix: 06-05-2019 | Saat: 15:35
Bölmə:Ölkə | çapa göndər

"47-ci xromosom" kitabı oxucuların ixtiyarına verilib


Yazıçı Ziya Səfərbəyov 5 illik fasilədən sonra oxucularına yeni "47-ci xromosom" adlı kitabını təqdim edir.

Kitab Azərbaycan və rus dillərində ("47-ая хромосома") işıq üzü görmüşdür. Qeyd edək ki, Ziya Səfərbəyovun ilk kitabı 2012-ci ildə çap olunmuşdur. Müəllifin ilk "Мой проклятый мир" adlı kitabı ABŞ, İtaliya, İspaniya, Fransa və Almaniyada da işıq üzü görmüşdür. Kitab eyni zamanda "Mənim lənətlənmiş dünyam" adı altında Azərbaycan dilində də oxuculara təqdim olunmuşdur. Yazarın növbəti "Onu sevməyə məhkumam" adlı kitabı isə artıq ilk tirajından gənclərin diqqətini cəlb etmişdir. Kitab bir neçə dəfə yeni tirajla oxucuların ixtiyarına verilmişdir. 2014-cü ildə yazarın "Qullar" adlı kitabı Azərbaycan və rus dillərində oxucuların ixtiyarına verilmişdir. "Qullar" kitabı burada toxunulan fəlsəfi və psixoloji məsələlərə görə xüsusi diqqətə layiq olmuşdur.

Qısaca olaraq "47-ci xromosom" kitabı haqqında: "Gecələr şeytan sənin Allaha xəyanət etmək bacarığına heyran olmaq üçün hüzuruna gəlirdi..."

Bütün "Əli və Nino" kitab mağazalarında satışda!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024