Mobil versiya
Sahil Babayev: Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir
Tarix: 06-05-2019 | Saat: 13:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sahil Babayev:


Biz xaricdən alınan kreditlərin hesabına ölkə əhalisinə dəstək olmuruq. Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət - əhalinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi:

"1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir".

Nazir bununla yanaşı, Azərbaycanda müsbət demoqrafik artımın baş verdiyini də vurğulayıb: "Ölkədə əhalinin illik artımı belədir: doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir".

S.Babayev əlavə edib ki, ölkədə minumum pensiyanın məbləği də yaşayış minumumunu üstələyir: "Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir.

Nazirin sözlərinə görə, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94 faizi, başqa sözlə 35 730 nəfəri artıq müvafiq işlərə cəlb edilib.

Bu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb.

S.Babayev qeyd edib ki, ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5314 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}