Mobil versiya
Xətaidə biabırçılıq: sakinlər ağaclar kəsilməsin deyə növbə çəkir
Tarix: 06-05-2019 | Saat: 11:05
Bölmə:Ölkə | çapa göndər

Xətaidə biabırçılıq:


Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Xətai rayonunun Məhəməd Hadi küçəsində onlarla ağac bir gecədə məhv edilib.

Bakupost.az xəbər verir ki, M.Hadi küçəsindəki 93 və 99 saylı binaların sakinləri məhəllədən başqa ağaclar da gecəylə kəsilib məhv edilməsin deyə növbə çəkiblər.

Sosial şəbəkədə yayılan şəkillərdən görünür ki, sakinlər gecə vaxtı məhəlləyə çıxıb, ağaclara keçiş çəkirlər.

Qeyd edək ki, məhəllə sakinlərinin sözlərinə görə, küçədəki 130-a məhv edilib. Ağacların bəziləri sökülüb başqa yerə köçürülüb, bir çoxu isə elə gecəykən kəsilib məhv edilib. Bina sakinlərinin etirazından sonra ərazidə yenidən ağaclar əkilib. Gün ərzində həmin ağaclar sakinlər tərəfindən növbəylə qorunur.

Buna səbəb isə sakinlərə naməlum nömrədən gələn hədə zəngləri olub. Zəng edən şəxslər onları hədələyib. Sonra sakinlərin qoruduğu ərazidəki işıqlar söndürülüb. Bina sakinləri polisə muraciət ediblər. Hazırda polis ərazidədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024