Mobil versiya
Nazir qida təhlükəsizliyindən danışdı: “Qarşıda bir sıra hədəflər var”
Tarix: 03-05-2019 | Saat: 12:01
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nazir qida təhlükəsizliyindən danışdı:



"Qida təhlükəsizliyilə bağlı proqramın müakirəsi həm Kənd Təsarrüfatı Nazirliyi, həm də Qida Təhlükəsizliyi Agentliyi üçün vacib sənəddir".

Modern.az-ın məlumatıma görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair "2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş tədbirdə bildirib.

Nazir qeyd edib ki, qarşıda bir sıra hədəflər var:

"Son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatların əsas məğzi qarşıda qoyulan vəzifələr-birinci ərzaq təhlükəsizliyinin təmin ediləməsi, o cümlədən aqrar sahədə torpaq və su resurslarından düzgün və səmərəli istifadənin təmin edilməsidir".

İ.Kərimov qeyd edib ki, ərzaq təhlükəsizliyi deyəndə, təkcə ərzaq yetərliliyi, ərzağın təminatının kəmiyyəti deyil, həmçinin onun sağlamlığı və keyfiyyəti nəzərdə tutulur:

"Ərzaq təhlükəsizliyinin əsas komponentlərindən biri də onun keyfiyyətli, sağlam məhsulla təmin edilməsidir. Təsadüfi deyil ki, Prezidentin qəbul etdiyi siyasi sənədlər əsasında ölkədə qida təhlükəsizliyi beynəlxalq standartlara uyğun qurulması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas məqsədi əhalinin sağlam qidalanmsının təmin edilməsi hesabına cəmiyyətin rifahının təmin olunması və kənd təsərrüfatı, qida-sənaye məhsullarının keyfiyyət göstəricilərinin yüksəldiməsi hesabına bazarda rəqabət qabilliyyətinin artırılmasıdır”.

Nazir bildirib ki, bitki və heyvanların xəstəlik, zərərvericilərdən mühafizəsi tədbirlərinin qida təhlükəsizliyi normalarına uyğun aparılması nazirliyin əsas vəzifələrindəndir:
"Dövlər Proqramına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyilə birgə heyvanların indentifikasia layihəsinə başlamaq üzrəyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024