Mobil versiya
DANX: Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər
Tarix: 01-05-2019 | Saat: 12:49
Bölmə:Ölkə | çapa göndər

DANX:


Biləcəri qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar Biləcəri enişində yolun bağlanması nəticəsində Bakı-Sumqayıt yolunda sıxlığın yaranması ehtimalını nəzərə alaraq bəzi marşrutların intervalında gecikmələr ola bilər.

Bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bəzi marşrutların intervalında gecikmələrin olması ilə bağlı DANX-ın "Çağrı mərkəzi"nə zənglər daxil olub: "Aparılan təmir işləri ilə əlaqədar aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin alternativ yol qismində Xırdalan dairəsindən istifadə etdiklərini və Bakı-Sumqayıt yolunda müvəqqəti sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq 501, 502, 503, 504, 533, 511, 551, 553 və 567 saylı marşrut xətləri üzrə avtobuslarda gecikmələr müşahidə oluna bilər".

DANX sərnişinlərdən məhdudlaşmanı anlayışla qarşılamalarını xahiş edir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024