Mobil versiya
Bakıda qadınlardan oğurluq edən şəxs ələ keçdi
Tarix: 14-01-2016 | Saat: 14:09
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


BPİ məlumat yaydı.

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, yanvarın 1-də və 11-də Bakıxanov qəsəbəsində Zahidə Zəliyevaya məxsus «Mercedes», Günel Cabbarovaya məxsus «Mitsubishi» markalı avtomobillərdən, şüşəni sındırmaq yolu ilə oğurluq edilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nəriman Vəliyev tutulub.

Dekabrın 30-a keçən gecə Moskva prospektində Nəzakət Muradovaya məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla ərzaq məhsulları və tütün məmulatları, 4-cü mikrorayon H.Seyidzadə küçəsində «Qasid» firmasına məxsus qəzet köşkündən, qapının qıfılını sındırmaqla 2700 manatlıq tütün məmulatı və saqqız, yanvarın 9-a keçən gecə isə A.Məhərrəmov küçəsində Salman Orucova məxsus köşkdən tütün məmulatları oğurlanıb.

Nəsimi RPİ PPXB və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ənvər Əliyev tutulub



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024