Mobil versiya
Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
Tarix: 14-01-2016 | Saat: 12:12
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
"Jiquli" "Mercedes"ə, ikinci isə dəmir məhəccərə çırpılıb.
Paytaxt Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzası qeydə alınıb.

Aia.az-in məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib. 21 yaşlı Niyaz Bədiyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan Əsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. Jiqulinin zərbəsinə tuş gələn “Mersedes” isə, yol ötürücüsünün məhəccərinə çırpılıb.

Hadisə vaxtı "VAZ 2107" də olan sərnişinlər 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarətlər alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Qəzanın baş verməsinin əsas səbəblərdən biri də Jiqulinin sürücüsünün sürət həddini aşması göstərilir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024