“Dələduz polislər”ə hökm oxundu
Tarix: 26-04-2019 | Saat: 13:20
Bölmə:Parlament | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakinləri Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Modern.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay azadlıqdan məhrum edilib. V.Əliyev məhkəmə zalında həbs edilib.
İttihama görə, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyərkən bir neçə vətəndaşdan pul alaraq onlara Daxili İşlər Nazirliyində işə düzəldəcəyini vəd edib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat alıb Ə.Nəcəfova verib.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. V.Əliyev barəsində həbs qətimkan tədbiri seçilməyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025