Rüşvət alıb ölkədən qaçan polisə 7 İL HƏBS
Tarix: 26-04-2019 | Saat: 13:15
Bölmə:Karusel / Parlament | çapa göndər
"İnterpol" Əli Nəcəfovu Ukraynada tutmuşdu
Dələduzluq və rüşvət verməyə təhriketmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevə hökm oxunub.
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev Əli Nəcəfova 7, Vüsal Əliyevə isə 2 il 6 ay həbs cəzası verib. İkinci məhkəmə zalında həbs edilib.
Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyini deyib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb, Ə.Nəcəfova verib. Hər iki şəxs verdikləri vədə əməl etməyib.
Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkədən qaçıb. O, Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
İş üzrə digər zərərçəkmişlər də yaxınlarını işə düzəltmək üçün təqsirləndirilən şəxslərə pul veriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025