Mobil versiya
Türkiyədə eyni vaxt 3 terror aktı – 5 ölü, 39 yaralı FOTOLAR
Tarix: 14-01-2016 | Saat: 10:56
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Türkiyədə eyni vaxt 3 terror aktı – 5 ölü, 39 yaralı FOTOLAR


Türkiyənin Diyarbəkir vilayətinin Çinar mahalında yerləşən Təhlükəsizlik İdarəsi, Jandarma Komandanlığı və polis bölməsinə terrorçular tərəfindən eyni vaxtda silhalı hücum edilib.

Aia.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hücum zamanı biri körpə uşaq olmaqla 5 nəfər ölüb, 39 nəfər isə yaralanıb. Həlak olanlardan 2 nəfəri polis əməkdaşı olub.

Terror aktı partlayıcı yüklənmiş avtomobillə həyata keçirilib. Daha sonra terrorçular Türkiyə təhlükəsizlik qüvvələrinin yerləşdiyi binaları qumbaraatanlar vasitəsilə atəşə tutublar. Terror hücumundan dərhal sonra Türkiyə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı atışma baş verib.

Terror aktının PKK tərəfindən həyata keçirildiyi güman olunur. Terrorçuların tapılması istiqamətində intensiv hərbi əməliyyatlar başladılıb.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024