Mobil versiya
"Düz yolun yolçusu" bacısına 37 bıçaq vurdu
Tarix: 13-01-2016 | Saat: 10:43
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

"Düz yolun yolçusu" bacısına 37 bıçaq vurdu


Dünən Yevlax rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Aia.az bildirir ki, rayon sakinlərinin Publika.az-a verdikləri məlumata görə, qətl qısqanclıq zəminində baş verib.

Sakinlərin sözlərinə görə, Ahu Hüseynova rəsmi şəkildə yoldaşından ayrılmasa da, iki ay imiş, iki uşağı ilə birgə ərindən ayrı yaşayırmış. Bacısından şübhələnən Veys Hüseynov dəfələrlə ona "düz yola qayıtması" barədə xəbərdarlıq etsə də, Ahu Hüseynova buna əhəmiyyət verməyib.

V. Hüseynov musiqi məktəbinin qarşısında Ahu Hüseynovanı 37 bıçaq zərbəsi ilə qətlə yetirib.

Baş Prokurorluğun qətlə bağlı yaydığı rəsmi məlumatda bildirilir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Hüseynov Veys Nadir oğlu üzərində gəzdirdiyi mətbəx bıçağı ilə doğma bacısı, 1976-cı il təvəllüdlü Hüseynova Ahu Nadir qızının bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bədən xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən qəsdən adam öldürmə - 120.1-ci maddə ilə cinayət işi açılıb.

Qeyd edək ki, A.Hüseynova Yevlaxdakı 2 saylı musiqi məktəbinin müəlliməsi olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024