Bakı Texniki Kolleci – təhsil islahatları uğurla həyata keçirilir
Tarix: 11-04-2019 | Saat: 16:26
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən
Bakı Texniki Kolleci sənaye sahəsində çalışan orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasında aparıcı mövqeylərə sahibdir
Ümummilli liderimiz Heydər Əliyev təhsil sahəsinə verdiyi önəmi xüsusi vurğulayaraq, demişdir: “Təhsil millətin gələcəyidir”. Bu gələcək isə, təbii ki, məhz bu günümüzdə mövcud olan təhsil sisteminin təkmilləşdirilməsi yolu ilə qurulur. Etiraf etmək lazımdır ki, son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması məqsədilə dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən, bu gün Azərbaycanda mövcud olan konkret təhsil müəssisələrinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün də müvafiq səlahiyyətli qurumlar tərəfindən əsaslı islahatlar tətbiq olunur.
Orta ixtisas təhsilinə maraq getdikcə artır
Məlumdur ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Təhsilin məhz bu qolu iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsilinin əsas üstünlüklərindən biri də odur ki, bu təhsilin məzmunu əmək bazarının dəyişən şəraitinə və işəgötürənlərin tələblərinə daha tez uyğunlaşır. Təsadüfi deyil ki, hazırda məhz kollec məzunları ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilməkdədirlər. Onların mürəkkəb texniki və texnoloji sistemlərin fəaliyyətinin təmin olunması, informasiyaların toplanması və işlənməsi sahəsində rolu xüsusilə böyükdür. Belə mütəxəssislər istehsalatda daha çox texnik, texnoloq, mexanik, elektrik, elektronçu, proqramçı, konstruktor vəzifələrində, maddi-texniki təchizat və məmulatlara texniki nəzarət xidmətlərində, qeyri-istehsal sahələrində uğurla çalışırlar. O cümlədən sənaye sahəsində ən müxtəlif profillər üzrə çalışan mütəxəssislər hazırlayan müəssisələr arasında isə, sözsüz ki, Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kolleci özünün effektiv fəaliyyəti ilə seçilir. Qeyd edək ki, bu müəssisənin əvvəlki adı Bakı Texniki Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci adlanmışdır.
Bu gün Bakı Texniki Kollecində tələbələr Mühasibat uçotu; Avtomobil və traktorqayırma; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Qaldırıcı-nəqliyyat tikinti maşın və avadanlıqlarının texniki istismarı; Nəqliyyatda daşımaların təşkili; Sənaye avadanlıqlarının quraşdırılması ve texniki istismarı; Nəqliyyat vasitələrinin təmiri və servisi ixtisasları üzrə təhsil alırlar.
Güclü maddi-texniki baza keyfiyyətli tədrisin əsasıdır
Bu gün müasir təhsilin irəli sürdüyü ən vacib tələblərdən biri də təhsil müəssisəsinin maddi-texniki bazasının yüksək səviyyədə olmasıdır. Məhz bu baxımdan da Bakı Texniki Kollecində mövcud vəziyyət kifayət qədər qənaətbəxşdir. Kollec müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Texniki təlim vasitələri ilə təchiz olunmuş, əyani tədris ləvazimatları ilə tərtib edilmiş fənn kabinetləri, emalatxana, kitabxana, oxu zalı, idman meydançası, trenajor zalı və kompüter otaqları da tələbələrin ixtiyarındadır. Bütün fənn kabinetləri və auditoriyalarda parta və stullar yeniləri ilə əvəz olunmuşdur. Kimya və fizika laboratoriyaları yaradılmışdır. Bütün fənn kabinetlərində yeni şkaflar quraşdırılmışdır. Kollecdə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat və informatika, İngilis dili, Gənclərin çağırışaqədərki hazırlığı, Yol hərəkətinin təşkili, Avtomobil nəqliyyatının hərəkət tərkibi, Rəsmxət, Texniki mexanika, Mühasibat uçotu, Maliyyə, Elektrotexnika, Biologiya və sairə fənn kabinetləri fəaliyyət göstərir.
Həmçinin kollec kifayət qədər böyük kitabxanaya malikdir. Bundan başqa kollecdə tələbələrin ixtiyarında İKT otağı da vardır. Müəllim və tələbələr güclü internet xidmətindən istifadə edirlər. Təhsil Nazirliyinin dəstəyi ilə kollecə internet xətti çəkilmişdır. Müəllim və tələbələr elmin müxtəlif sahələrində baş verən yeniliklərdən dərhal xəbərdar olur və ölkənin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə baş verən hadisələri izləyə bilirlər.
Kollecin fəaliyyətində şəffaflıq tam təmin edilib
Bakı Texniki Kollecinin idarə olunması Pedaqoji şura, direktor, direktor müavinləri, şöbə müdirləri, fənn birləşmə komissiyaları sədrləri tərəfindən həyat keçirilir. Kollecin direktoru ölkənin əməkdar müəllimi, dosent Mətanət Pirquliyevadır. Xüsusi olaraq vurğulamaq istərdik ki, bu gün Sumqayıt Dövlət Texniki Kollecində müşahidə olunan inkişaf, tələbələrin ixtisas biliklərinə mükəmməl yiyələnmələri üçün tələb olunan şəraitin mövcudluğu, tədrisin yüksək səviyyədə təşkili və bir çox digər uğurlardan danışarkən, kollecin direktoru Fərrux Məmmədovun bütün bu proseslərdə rolu xüsusilə qeyd olunmalıdır. Belə ki, bu orta-ixtisas təhsili müəssisəsinə rəhbərlik edən Fərrux Məmmədov kollecin səmərəli fəaliyyətinin təmin olunması üçün hər zaman fədakarlıqla çalışmışır. Bu gün Bakı Texniki Kollecində tələbələrin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradılmasında, onların fərqli və daha effektiv təcrübə keçmə metodikasının tətbiqində, bu məqsədlə müxtəlif şirkətlərlə əlaqələrin qurulmasında və digər bu kimi işlərdə də Fərrux Məmmədovun böyük əməyi vardır. O cümlədən, son illər kollecin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə bir çox əhəmiyyətli tədbirlər həyata keçirilib. Qeyd edək ki, Bakı Texniki Kollecində imtahanlar Nazirlər Kabinetinin “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun həyata keçirilir. Həmçinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün Təhsil nazirinin əmrinə uyğun olaraq kollecdə sessiya dövründə “İmtahan qərargahı” yaradılır.
İnanırıq ki, bundan sonra da Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci məzunlarının uğur və nailiyyətləri hər birimizi sevindirəcək, kollecin rəhbərliyinə və pedaqoji heyətinə isə, yalnız baş ucalığı gətirəcək.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər