Mobil versiya
Elinanın son məktubu üzə çıxdı: “Qəbrimin üstünə gəlməyin!” – TAM MƏTN
Tarix: 10-04-2019 | Saat: 13:30
Bölmə:Cəmiyyət | çapa göndər

Elinanın son məktubu üzə çıxdı:


"Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin".

Bakupost.az xəbər verir ki, bu sözləri aprelin 4-də özünü oxuduğu 162 nömrəli məktəbin 4-cü mərtəbəsindən atıb öldürən Elina Hacıyeva yazıb. Elinanın xalası qızı Diana deyib ki, bu sözlər mərhumun dəftərinin bir küncünə yazılıbmış.

Qeyd edək ki, E.Hacıyeva aprelin 4-də intihar edib. O, bir neçə gün komada qaldıqdan sonra dünyasını dəyişib. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Hadisədən sonra məktəbin direktoru Sevinc Abbasova Təhsil Nazirliyi tərəfindən işdən azad edilib.

Elinanın yaxınları iddia edir ki, yeniyetmə qız məktəbdə şagird və müəllimlər tərəfindən mütəmadi basqılara məruz qalıb, məktəb rəhbərliyi də bu hadisədən xəbərdar olduğu halda, heç bir tədbir görməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə