Mobil versiya
Millət vəkili: Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər
Tarix: 09-04-2019 | Saat: 12:46
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili:


Hesablama Palatası öz işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların vəsaiti mənimsəməsinə imkan verilməsin. Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olusa da bu cür hallara hələ də son qoyulmur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentinin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatı müzakirə olunarkən deyib.

O bildirib ki, dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınmasını düşünməliyik: “Elə etməliyik ki, başqa qurumların Hesablama Palatasının təsiri sıfıra endirilsin. Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil".

F.Ağamalı qeyd edib ki, Bakı şəhərində Mənzil İstismar Sahəsi, eləcə də yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə irad bildirilməyib: "Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır. Hesab edirəm ki, bütün bunlar qabaqcadan araşdırılmalı, hüquq- mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024