“Plagiatçıların elmi dərəcələri və adları ləğv olunmalıdır” - ALİMLƏRİN HAQLI TƏLƏBİ
Tarix: 05-04-2019 | Saat: 18:09
Bölmə:Manşet / Təhsil | çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın ötən ilin noyabr ayında təqdimatını keçirdiyi və dövlət büdcəsindən xeyli vəsait sərf etdiyi "İzahlı dilçilik terminləri lüğəti"nin plagiat olduğu ortaya çıxmışdır. Sayalı Sadıqova olke.az-a açıqlamasında bildirmişdir ki, kitabın təqdimatı olub və hətta dövlət mükafatı da alıblar.
Tanınmış ekspert-dilçi-mütəxəssislər təsdiq edirlər ki, S.Sadıqova və onun işçilərinin ictimaiyyətə mühüm əsər kimi təqdim edib mükafat mənimsədikləri əsər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri” və F. Y.Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan tam, ala-yarımçıq, çox vaxt isə başdansovdu köçürülüb və heç bir elmi əhəmiyyət kəsb etmir.
İzahlı lüğətin plagiat olaması elm ictimaiyyətinə məlum olsa da, son günlərdə həmplagiatçılardan (müştərək ədəbi oğrulardan ) birinin mükafatlandırılması vicdanlı və dürüst insanları hiddətə gətirib.
Hurriyyet.org xəbər verir ki, plagiat olduğu aşkarlanmış "İzahlı dilçilik terminləri lüğəti”nin müəlliflərindən birinin – Şəbnəm Həsənli-Qəribovanın AMEA rəhbərliyi tərəfindən mükafatlandırılması etirazlarla qarşılanıb.
“Plagiatçıların elmi dərəcələri və adları ləğv olunmalıdır”
Belə ki, bu olay elmi ictimaiyyət arasında plagiat faktını yenidən gündəmə gətirib. Nəsimi adına Dilçilik İnstitutu rəhbərliyinin bu dəfə də faktı gizlətmək cəhdi baş tutmayıb.
Əsas köçürmə mənbələrindən biri olan “Dilçilik Ensiklopediyası”nın tərtibçilərinin, nəhayət, səbr kasası dolub. Onlar baş verən haqsızlıqlara çox sərt reaksiya veriblər.
“Ensikloprdiya”nın tərtibçilərindən biri, dilçi-alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəmil Babayev plagiatçıların artıq bir neçə aydır ki, alim adına yaraşmayan davranışlar sərgilədiklərini bildirib və hər bir azərbaycanlını bu elmi oğurluğa laqeyd qalmamağa səsləyib.
“Dilçilik Ensiklopediyası”nın tərtibçiləri oğurluq faktı ilə bağlı əsaslandırılmış ətraflı rəy verəcəklərini vurğulayaraq deyiblər: “Həmin insanların çalışdığı müəssisələr mənəvi mülkiyyətin mənimsənilməsinə yol vermiş şəxsləri ciddi şəkildə cəzalandırmalı, hətta onların elmi dərəcələri və adları ləğv olunmalıdır”.
Hurriyyet.org
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər