Mobil versiya
Ərinin ürəyini deşik-deşik etdi – “İki bacı birləşib, kef çəkirdilər”
Tarix: 05-04-2019 | Saat: 16:54
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ərinin ürəyini deşik-deşik etdi


Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın məhkəməsi davam etdirilib.



Bakupost.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Narxanım Osmanova ifadə verib.



Qadın ifadəsində deyib ki, V.Mirzəyeva onun oğlunu saymayıb: "İstədiyi vaxt rayondan Bakıya gedirdi, istədiyi qədər qalırdı. Kefi istəyəndə qayıdırdı. Bunun bacısı da o biri oğlumun arvadıdır. İki bacı birləşib, kef çəkirdilər. Oğlanlarım bunların qabağında heç kimiydilər. Oyuncaq kimi davranırdılar".



N.Osmanova bildirib ki, hadisə günü gəlini ilə oğlu mübahisə edib: "Səs-küyə gəldim. Gördüm, Vüsalə bir əlində bıçaq, bir əlində telefon oynadır. Dedim, bıçağı qoy yerə. Qaçdım qonşuları çağıram. Mən gələndə gördüm, oğlum al qanın içində yerdə uzanıb".



Məhkəmə aprelin 12-də davam edəcək.


Qətl hadisəsi ötən ilin iyul ayında Xudatda başverib.


Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşıOsmanov Maarif Tofiq oğlu ilə mübahisə zamanı mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib.



Nəticədə M.Osmanov hadisə yerində ölüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024