Mobil versiya
Bakıda şagird məktəbdə intihara cəhd etdi - “Birinci dəfə deyil” / YENİLƏNİB 3
Tarix: 04-04-2019 | Saat: 15:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda şagird məktəbdə intihara cəhd etdi -


Xəbər verdiyimi kimi Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib.

Hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib: "Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara tanımadığı adamlarla danışmamağı tapşırdı. Uşaqlar deyirlər ki, qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır, ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

* * *

Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.

2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb. (Trend)

* * *

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı onun əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (Report)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024