Mobil versiya
İmişlidə silsilə oğurluqlar edib ölkədən qaçan şəxs Rusiyada saxlanıldı
Tarix: 04-04-2019 | Saat: 12:28
Bölmə:Cəmiyyət | çapa göndər

İmişlidə silsilə oğurluqlar edib ölkədən qaçan şəxs Rusiyada saxlanıldı


İmişli rayonunda silsilə oğurluqlar edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.



Bu haqda Modern.az-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumatda bildirilib.



Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (təkrar törədildikdə) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri axtarışda olan rayon sakini Elçin Cəfərov Rusiya Federasiyasının hüquq-mühafizə orqanları və İmişli RPŞ-nin həmin ölkəyə ezam edilən əməkdaşları ilə birgə keçirilən tədbir nəticəsində tutularaq Azərbaycana gətirilib.



Faktla bağlı araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024