Mobil versiya
Azərbaycanda polis zabiti faciəvi şəkildə vəfat etdi - FOTO
Tarix: 01-04-2019 | Saat: 11:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda polis zabiti faciəvi şəkildə vəfat etdi - FOTO


Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.

BakuPost xəbər verir ki, hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun Osnakəran kəndində baş verib.

Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi "Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.

Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib. Hadisə xidmət zamanı baş verib.

Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Şahin Nəsirov gənc olmasına baxmayaraq nümunəvi polis işçisi kimi tanınıb.

O, Polis Akademiyasının sonuncu kurs tələbəsi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024