Mobil versiya
“Gələn həftədən maddi dəstək göstəriləcək” – Nazir zərərçəkənləri əmin etdi
Tarix: 29-03-2019 | Saat: 12:26
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Gələn həftədən maddi dəstək göstəriləcək” – Nazir zərərçəkənləri əmin etdi


İqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğında zərəçəkən vətəndaşlarla görüşüb.



Modern.az-ın məlumatına görə, nazir Prezident İlham Əliyevin göstərişilə zərəçəkənlərə yardım göstəriləcəyini diqqətə çatdırıb:



“Dünən Prezidentin rəsmi səfərə getdiyi bir vaxtda təcili müşavirə keçirməsi onun diqqət və qayğısından xəbər verir. Cənab Prezidentin şəxsən iştirakı ilə keçirilən müşavirədə müvafiq tapşırıqlarını verdi. İşçi qrupu yaratmışıq. Alışırıq ki, hr bir sahibkar işçi qrupunun üzvlərilə görüşsün və problemlərini dilə gətirsin. Prezident tərəfindən onlara həm inzibati, həm maliyyə, həm də siyasi dəstək göstəriləcək. Bütün bunlar göstərir ki, cənab Prezident öz vətəndaşının yanındadır, onların problemini öz problemi kimi qəbul edərək, dəstək göstərir”.



Ş.Mustafayev bildirib ki, araşdırma nəticələrindən asılı olaraq, zərəçəkənlərə müvafiq maddi dəstək göstəriləcək:



“Çalışırıq ki, iş tez yekunlaşsın. Bu səbəbdən də şənbə və bazar günləri də çalışacağıq. Növbəti həftə üçün ilkin nəticələrə görə dəstək tədbirlərinə başlayacağıq”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024