Kəmaləddin Heydərov 1-ci mikrorayonun söküntüsündən danışdı
Tarix: 14-03-2019 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Bakıda, 1-ci mikrorayonda köhnə tikililərin sökülüb yenidən inşa olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Ərazidə tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır".
aia.az-ın ONA-ya istinadən xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, 1-ci mikrorayonda işlər mərhələli şəkildə aparılacaq, evlər hamısı birdən sökülməyəcək: "Bu, elə də asan məsələ deyil. Çünki orada yaşayan əhalinin köçürülməsi məsələsi var".
K. Heydərov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılır.
Qeyd edək ki, Nazirlər Kabineti 2017-ci ilin martın 10-da 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərar qəbul edib.
Qərar sözügedən mikrorayondakı "Xruşşovka”ların sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur.
Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib.
Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi qərarda nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025