Mobil versiya
Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib
Tarix: 13-03-2019 | Saat: 18:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib


Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib. Trend-in məlumatına görə, bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib.

Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq.



Bu arada Bolonya şəhərində 300-ə yaxın uşağın valideyni peyvənd olunma barədə sənəd təqdim edə bilmədiyi üçün uşaqlar bağçaya buraxılmayıb.

Bundan başqa, bir neçə nəfər peyvənd barədə saxta sənəd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə