Ana Sayfa > Qərbi Azərbaycan > Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib
Peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib13-03-2019, 18:04. Yazar: sevinc1 |
Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib. Trend-in məlumatına görə, bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib. Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq. Bu arada Bolonya şəhərində 300-ə yaxın uşağın valideyni peyvənd olunma barədə sənəd təqdim edə bilmədiyi üçün uşaqlar bağçaya buraxılmayıb. Bundan başqa, bir neçə nəfər peyvənd barədə saxta sənəd hazırlamaqda şübhəli bilinərək saxlanılıb. aia.az Geri dön |