Mobil versiya
Bakıda avtomobil oğurlayan şəxs: "Bağışla, 1000 manat borcum var"
Tarix: 11-03-2019 | Saat: 13:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda avtomobil oğurlayan şəxs: "Bağışla, 1000 manat borcum var"



Bakıda avtomobil oğurluğu faktı qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, şəhər sakini Şahmar Məhərrəmov adlı şəxsin "Mercedes” markalı avtomobili oğurlanıb. Ş.Məhərrəmovun dediyinə görə, onun avtomobili icarəyə vermək istədiyi şəxs tərəfindən oğurlanıb. Bu şəxs isə hazırda Yasamal rayonunda qeydiyyatda olan Zeynalov Asiman Haqverdi oğludur:

"Ötən ayın 22-si Asiman Zeynalovla birlikdə notariat kontoruna avtomobilə etibarnamə almağa getmişdik. Mən sənədləşdirmə üçün növbəyə dayandım, o isə avtomobilin sazlığını yoxlamaq üçün maşında qaldı. Sənədləri alıb çölə çıxanda avtomobilin yerində olmadığını gördüm. Asimanın telefonuna zəng etdikdə o, mənə bildirdi ki, sələmlə pul götürüb və hazırda 1000 manat borcu var, maşını isə borcu olduğu adama verib”.
Zərərçəkən avtomobil oğurlanan gün polisə müraciət edib. Əvvəl məsələyə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində baxılsa da, sonradan iş Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə göndərilib. 27-ci polis bölməsindən Trend-ə bildirdilər ki, hazırda məsələ araşdırılır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024