Mobil versiya
Binəqədidə yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Tarix: 09-03-2019 | Saat: 10:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Binəqədidə yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB


Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında başlayan yanğın söndürülüb.

Trend-in məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.

Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

XXX

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.

aia.az Trend.az-aistinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində başlayıb.

Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunub. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024