Mobil versiya
Prezident Rasim Balayevə zəng vurdu: “Dedi ki, bu, siyahını hazırlayanların günahıdır”
Tarix: 05-03-2019 | Saat: 16:50
Bölmə:Gündəm | çapa göndər

Prezident Rasim Balayevə zəng vurdu: “Dedi ki, bu, siyahını hazırlayanların günahıdır”


Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.

aia.az bildirir ki, bu barədə Ölkə.az-a Rasim Balayev özü məlumat verib. "Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür".

Qeyd edək ki, R,Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.

aia/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024