Mobil versiya
“Rasim Balayevlə dostluq münasibətlərimiz var” - Nazir
Tarix: 05-03-2019 | Saat: 15:52
Bölmə:Gündəm | çapa göndər

“Rasim Balayevlə dostluq münasibətlərimiz var” - Nazir


"Rasim Balayevlə dostluq münasibətlərimiz var. Növbəti görüşlərdə o, daxil olmaqla digər ziyalılarımız da nəzərə alınacaq"
Azvision.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bir qrup incəsənət xadimi ilə görüşü barədə danışarkən deyib.

Nazir görüşə xalq artisti Rasim Balayevin niyə dəvət olunmamasına aydınlıq gətirib: "Bizim minlərlə xalq artistimiz, əməkdar rəssamlarımız, yazıçılarımız var. Onların hamısını bir araya gətirsək, yer çatmazdı. Və açıq söhbətin aparılmasına imkan olmayacaqdı. Növbəti görüşlərdə digər ziyalılarımız da nəzərə alınacaq. Bizim qapımız Rasim müəllimin üzünə həmişə açıqdır. Mən üzr istəyirəm, gələn dəfə nəzərə alınacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5222 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}