Mobil versiya
“Girovlarla bağlı müraciətimizə müsbət cavab verilmədi” - Komitə sədri
Tarix: 05-03-2019 | Saat: 13:07
Bölmə:Siyasət | çapa göndər

“Girovlarla bağlı müraciətimizə müsbət cavab verilmədi” - Komitə sədri


"Biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq"

Azvision.az xəbər verir ki, bunu Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dinlərarası və sivilizasiyalararası diaqlodan əməkdaşlığa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir: "Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var. Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyəsitinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər".

Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevə qondarma məhkəmə qurulması məsələsinə toxunan S.Novruzov bununla da ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib:

"Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfimdən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın".

S.Novruzov qeyd edib ki, insan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Onun sözlərinə görə, istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024