Mobil versiya
Bakıda ər və arvad yanaraq öldü
Tarix: 08-01-2016 | Saat: 13:06
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

Aia.az-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın çoxmənzilli yaşayış binasında qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024