Mobil versiya
Hadi Rəsəbli separatçının həbsindən DANIŞDI: “Digərləri də cavab verəcəklər!”
Tarix: 01-03-2019 | Saat: 18:12
Bölmə:Gündəm | çapa göndər

Hadi Rəsəbli separatçının həbsindən DANIŞDI: “Digərləri də cavab verəcəklər!”



Azərbayacana qarşı separatçılıq edən Fəxrəddin Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda onun Ermənistana səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli Modern.az-a açıqlamasında bu məsələyə toxunub, Deyib ki, ölkə başçısının daxili və arici siyasətini dəstəkləmək lazımdır:


“Son vaxtlar aparılan islahatlar 2 milyon 200 min vətəndaşımızın problemlərini və qayğılarını əhatə edir. Müavinətlərin məbləği ən azı 50 faiz civarında artırılıb. Ölkəmizin nüfuzu dünyada artır. Hakimiyyətimizin əleyhinə dağıdıcı çağırışlar etmək cinayətdir. Dini, etnik qarışıqlığı salmaq da həmin məqsədləri güdür. Bu yolu seçən hər bir adama qarşı isə mən düşmənəm. Sosial münaqişəşünaslıq elminin elementərini yaradan və onunla məşğul olan hər bir şəxsin mən düşməniyəm”.



Komitə sədri hesab edir ki, Fəxrəddin Abbasov bu gün birinci simptom olmalıdır:


“Avropanın müxtəlif yerlərində oturub ölkəmizin, dövlətimizin əleyinə çağırışlar edən, yalanlar yayanlar, hürən adamlar da ölkəmizə gətirilməlidir. Bu, onlara bir mesaj olmalıdır. Bu addım alqışlanmalıdır ki, ölkə, dövlət rəhbərinin əleyhinə aparılan məqsədli kampaniyaya görə onlar hüquqi normalarla cavab verəcəklər. Təmsil etdiyim Lənkəran bölgəsi prezidentimizin ətrafında sıx birləşib və onun apardığı daxili və xarici siyasəti dəstəkləyir. Mən hesab edirəm ki, Fəxrəddin Abbasovun həbsi kimi digərləri barədə də tədbirlər görülməlidir”.



Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.



Qeyd edək ki, Fəxrəddin Abbasov (özünü Faxroddin Abboszoda adlandırır) Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.



O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.



Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə