Mobil versiya
Hikmət Hacıyevdən Paşinyana CAVAB
Tarix: 28-02-2019 | Saat: 15:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyevdən Paşinyana CAVAB


Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edib.



Modern.az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.



"Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir".



H.Hacıyev söyləyib ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil.



"Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür".



Xatırladaq ki, Nikol Paşinyan fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib.



Paşinyan əlavə edib ki, bu görüşdə “gündəm olmayacaq”.



O, Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılmasıdır”.



Paşinyan təkrarlayıb ki, o Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır. Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024