Mobil versiya
“Səddam” ləqəbli avtoritet saxlanıldı - Beyləqanda
Tarix: 28-02-2019 | Saat: 12:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Səddam” ləqəbli avtoritet saxlanıldı - Beyləqanda


Beyləqan rayonunda "Səddam" ləqəbi ilə tanınan kriminal avtoritet tutulub.

aia.az "Report"a istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.

Bu dəfə keçirilən axtarışlar nəticəsində kriminal aləmdə "Səddam" ləqəbi ilə bilinən Beyləqan rayon sakini Hüseyn Mustafayev saxlanılıb.

Saxlanılan şəxsin evinə baxış keçirilən zaman orada narkotik vasitə olan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.

H.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024