Mobil versiya
Azərbaycanlı deputat: “Bakı meri seçki yoluyla seçilsin”
Tarix: 27-02-2019 | Saat: 13:30
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanlı deputat: “Bakı meri seçki yoluyla seçilsin”


Real Partiyası Bakı merinin seçki yolu ilə seçilməsi üçün 40 min imza toplayıb. Partiya təklif edir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı seçkili institut olsun və Mer Bakı sakinlərinin səsverməsi ilə keçirilsin. Bəs, bu təklif Bakıya nə vəd edir və digər siyasi partiyaların bu məsələyə baxışı necədir?

BakuPost məsələ ilə bağlı Milli Məclisinin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafanın mövqeyini fikirlərini öyrənib.

Deputat deyib ki, rəhbərlik etdiyi partiyada da bu təklifi bir neçə dəfə irəli sürüb: "Bakı meri seçki yolu ilə seçilməlidir. Eyni zamanda Bakı böyük şəhər bələdiyyəsi yaradılmalıdır və səlahiyyətlər bu quruma verilməlidir. Bütövlükdə biz bu prosesi dəstəkləyirik”.


Millət vəkili onu da vurğulayıb ki, seçkili bələdiyyə qurumu olmadan paytaxtın bütün məsuliyyətini yalnız bir icra hakimiyyəti üzərində formalaşdırmaq doğru olmaz: "Hesab edirəm ki, artıq Azərbaycanda bu ənənə genişlənməlidir. Və bütövlükdə bələdiyyə seçkilərində Bakı şəhər bələdiyyəsi də seçilməlidir. Ölkədə yerli özünüdarəetmə inkişaf etməlidir. Yən biz də bütövlükdə bu merin də, bələdiyyənin də seçilməsinin tərəfdarıyıq”.

Fazil Mustafanın sözlərinə görə, təkilf olunan ideya tətbiq edilsə, bir sıra problemlər öz həllini tapacaq: "Məsuliyyətli qurum yaranar, kollegiya qurumu yaranar oturub müzakirə edərlər ki, şəhərin mərkəzində mənasız yerə 20 yerdə stadion olmadan, məktəb olmadan, infrastruktur olmadan, yolun üstündə bina tikilməz, yolların abadlığı artar. Ümumiyyətlə, bütün qərarlar kollegial verildiyinə görə, özbaşına kim. nə gəldi tikməz. Şəhərin kanalizasiya sistemini şəffaf şəkildə qaydaya sala bilərlər. Yəni indi nə iş görüləcək, heçbir məlumat yoxdur. Amma mer seçkili olacağı alda bilinir ki, heç olmasa xalqın içinə müəyyən təmsilçilər vasitəsi ilə bu işlərin insanların maraqlarına uyğun təmin olunması baş verə bilər”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024